Bakı Dəmir Yolu Vağzalını gündəlik təmizləyəcək şirkət axtarılır - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakı Dəmir Yolu Vağzalını gündəlik təmizləyəcək şirkət axtarılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenti yol təsərrüfatı malları, “Dəmiryolservis” MMC rels qaynaq qatarında istifadə edilən mal-materialların alınması, Sərnişin daşımaları Departamenti Bakı Dəmir Yolu Vağzalının inzibati binası, vağzalın platforması, köməkçi binalar və yeraltı keçidlərin gündəlik təmizlənməsi ilə əlaqədar açıq tenderlər elan edib.

QSC-nin hər bir strukturunun keçirdiyi tenderlər bir lot üzrə keçirilir. İnfrastruktur Departamenti və “Dəmiryolservis” MMC-nin tenderlərində iştirak haqqı 300 manat təşkil edir. Sərnişin daşımaları Departamentinin tenderində iştirak haqqı isə 400 manatdır.

İddiaçılar zəruri sənədləri 10 may saat 18:00-dək, tender təklifi və zəmanət blankını isə 18 may saat 18:00-a qədər Bakı şəhəri, D.Əliyeva küçəsi,230 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 19 may saat 11:00-da göstərilən ünvanda açılacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top