Bakı Dəmir Yolu Vağzalını gündəlik təmizləyəcək şirkət axtarılır
“Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenti yol təsərrüfatı malları, “Dəmiryolservis” MMC rels qaynaq qatarında istifadə edilən mal-materialların alınması, Sərnişin daşımaları Departamenti Bakı Dəmir Yolu Vağzalının inzibati binası, vağzalın platforması, köməkçi binalar və yeraltı keçidlərin gündəlik təmizlənməsi ilə əlaqədar açıq tenderlər elan edib.
QSC-nin hər bir strukturunun keçirdiyi tenderlər bir lot üzrə keçirilir. İnfrastruktur Departamenti və “Dəmiryolservis” MMC-nin tenderlərində iştirak haqqı 300 manat təşkil edir. Sərnişin daşımaları Departamentinin tenderində iştirak haqqı isə 400 manatdır.
İddiaçılar zəruri sənədləri 10 may saat 18:00-dək, tender təklifi və zəmanət blankını isə 18 may saat 18:00-a qədər Bakı şəhəri, D.Əliyeva küçəsi,230 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 19 may saat 11:00-da göstərilən ünvanda açılacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]