MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

logo_bakcell

“Bakcell” cəbhə bölgələrində yaşayan abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib

Azərbaycanın mobil rabitə operatoru “Bakcell” şirkəti cəbhə bölgələrində vəziyyətin gərginləşməsi və əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan “Bakcell” abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib.

Bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) “Bakcell” abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir.

Bununla yanaşı, “Bakcell” cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top