
Bağlarda xəstəlik yayılması riski var – FERMERLƏRƏ SMS GÖNDƏRİLDİ
Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən bağlarda yarpaq dəlikliyi və boz çürümə xəstəliklərinin yayılması riski yaranıb. Bu xəstəliklərin əsasən gilas, şaftalı və nektarin bağlarında yayılması riski var. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər üç rayon üzrə 2166 fermerə SMS bildiriş göndərilib. Göndərişdə qeyd olunan xəstəliklərin yayılma riski ilə əlaqədar qabaqlayıcı tədbirlər görmək, aqronomlarla məsləhətləşmək tövsiyə olunub.
Qeyd edək ki, boz çürümə xəstəliyinə “Monilia laxa” göbələyi səbəb olur. İlkin əlamətlər çiçək mərhələsində, çiçəklərin büzüşərək quruması və yeni zoğların inkişafdan dayanması kimi müşahidə olunur. İnkişaf etməkdə olan meyvələrin bəzi hissələri isə qəhvəyi-boz rəngdə çürüməyə başlayır.
Yarpaq dəlikliliyi xəsətliyinə “Stigmina carpophila” göbələyi səbəb olur. Xəstəlik tumurcuqlara, yarpaqlara və meyvəyə zərər vurur. Yarpaqlarda ilk başda ləkələr 1 mm böyüklüyündə yuvarlaq və qırmızı-sarı rəngdədir. Daha sonra tündləşən ləkələr quruyaraq tökülür və deşik izlər buraxaraq ağacların fotosintez etmə qabiliyyətini aşağı salır. Meyvə üzərindəki xəstəlik əlamətləri isə kiçik ölçülü, lakin çox sayda dairəvi ləkələrdir.
Xəstəliyin yaz aylarında yayılma riski yüksək olduğu üçün mübarizə üsullarında aqronomlarla məsləhətləşərək təyin olunmuş intervalda dərman səpmək məsləhət görülür.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan gəncləri kənd təsərrüfatı ixtisasları üzrə 27 ölkənin 136 nüfuzlu ali təhsil müəssisəsində təhsil ala biləcək
Azərbaycan Respublikası Prezidentinin 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali […]
-
Qazaxıstan buğda və unun ixracına məhdudiyyət qoyur
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi buğda və unun ixracına məhdudiyyətlərin tətbiqi barədə sərəncam hazırlayıb. Economic.Az oxu.az-a […]
-
Azərbaycanda ilk dəfə Qarabağ atlarının auksion satışı həyata keçiriləcək
Azərbaycanda ilk dəfə olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins […]