Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini, 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı, 1988-ci il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb.

Araşdırma aparılır.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top