MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

azpromo

AZPROMO-da Rusiyanın Omsk vilayətinin iş adamları ilə görüş

Aprelin 3-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Rusiya Federasiyasının Omsk vilayətindən olan iş adamları ilə Azərbaycan iş adamları arasında işgüzar görüş keçirilib, əməkdaşlıq barədə müzakirələr aparılıb. Tədbirdə hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, elektroenergetika, səhiyyə, turizm və digər sahələrdə fəaliyyət göstərən 40-dan çox sahibkar iştirak edib.
AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycan iqtisadiyyatı, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, rusiyalı sahibkarları əməkdaşlığı genişləndirməyə dəvət edib.
Rusiya Federasiyasının Omsk vilayətinin İxraca Dəstək Mərkəzinin nümayəndəsi Polina Şut Omsk vilayətinin iqtisadi imkanlarına dair təqdimatla çıxış edib.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

03-04-2017-103-04-2017-2

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top