AZƏRTAC-ın əməkdaşı kamandan oxatma üzrə yarışın qalibi olub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AZƏRTAC-ın əməkdaşı kamandan oxatma üzrə yarışın qalibi olub

Bakı, 29 iyun, AZƏRTAC

Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 14 dövlət qurumundan 34 əməkdaş (18 kişi, 16 qadın) iştirak edib.

Kişilərin yarışında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Hikmət Əhmədov birinci olub. Elnur Məmmədov (Gənclər və İdman Nazirliyi) və Rafiq Mahmudov (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əzizə Lalayeva birinci olub. Mədinə Mahmudova (Medianın İnkişafı Agentliyi) yarışı ikinci, Ülviyyə Hacıyeva (Gənclər və İdman Nazirliyi) üçüncü pillədə başa vurublar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top