Azərsu xüsusi rejimdə fəaliyyət göstərəcək
Bakı, Sumqayıt, Gəncə, Lənkəran, şəhərlərinin, həmçinin Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək xüsusi rejimdə fəaliyyət göstərəcək.
“Azərsu”dan Economic-ə verilən məlumata görə, bu tarixlərdə yalnız zəruri istehsal, istismar və xidmət sahələrində çalışanların fəaliyyətinə icazə veriləcək. Bu məqsədlə zəruri və məhdud sayda işçilər müəyyən edilərək elektron icazə portalında (www.icaze.e-gov.az) qeydiyyatdan keçirilib. Xüsusi karantin rejiminin tətbiq edildiyi müddətdə fəaliyyətinə icazə verilən işçilərin iş yerlərinə gediş-gəlişi “Azərsu” ASC-nin xidməti nəqliyyat vasitələri hesabına həyata keçiriləcək. Eyni zamanda, həmin əməkdaşlar işə gəlib-getmək üçün portalda qeydiyatdan keçirilmiş şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər.
Bu günlərdə 955 Zəng mərkəzi fasiləsiz fəaliyyət göstərəcək. Vətəndaşlar su təchizatı, tullantı suları, sayğaclarda yaranan texniki problemlər və digər məsələlərlə bağlı müraciət edə bilərlər. “Azərsu” ASC-nin qəza briqadaları 24 saat fəaliyyət göstərəcək. Smart sayğaclı abonentlərə tövsiyə olunur ki, sayğacların balansını yoxlasınlar və zərurət varsa xüsusi karantin rejimi tətbiq olunanadək balanslarını artırsınlar.
“Azərsu” ASC-nin bütün struktur vahidlərinin rəhbərləri və işçi heyəti xüsusi karantin rejimi dövründə müvafiq dövlət orqanlarının, o cümlədənNazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə ciddi şəkildə əməl etmələri barədə məlumatlandırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Payızlıq əkinlərin EKTİS-də bəyan edilməsi prosesi yekun mərhələyə qədəm qoyub
Fermerlər öz payızlıq əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməkdə davam edirlər. Əkinlərin bəyanı […]
-
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şamaxıda fermer təsərrüfatına dəstək göstərilib
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda […]
-
Quba-Qonaqkənd avtomobil yolu – VİDEO
Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini […]