“Azərkosmos”un sərgi pavilyonunda stendlərin mükafatlandırılma mərasimi keçirilib – FOTO
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC-2023) çərçivəsində “Azərkosmos”un sərgi pavilyonunda stendlərin mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bütün tədbir iştirakçılarına və sponsorlara təşəkkürünü bildirib.
Mükafatlara Səudiyyə Ərəbistanı və İtaliyanın Kosmik agentlikləri (“ən innovativ stend”), Çin Astronavtlar Assosiasiyası, “Airbus” şirkətinin nümayəndələri (“ən kreativ stend”), Yaponiya və Polşanın Kosmik agentlikləri (“ən fəal”), Milanın “Plan-S” şirkəti, Türkiyə Kosmik Agentliyi (“ən işgüzar”) layiq görülüblər.
Sonda Saməddin Əsədov bildirib ki, 2026-cı ildə Beynəlxalq Astronavtika Konqresi Türkiyənin Antalya şəhərində keçiriləcək.
Könül Cəfərli
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]