
“Azəristiliktəchizat”: Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər
Yeni binalar tikilərkən mərkəzləşmiş qaydada istilik təchizatına qoşulmaq üçün müraciət edə bilərlər.
Economic.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Azəristiliktəchizat” ASC- nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. Onun sözlərinə görə, bunun üçün öncə binadaxili istilik sistemi qurulmalıdır:
“Bundan sonra biz texniki şərtlər çərçivəsində yaxınlıqda yerləşən istilik sisteminə qoşulmanı təmin edirik. Lakin bəzi MTK-lar özləri fərdi şəkildə qazanxanalar tikir. Mərkəzi istilik sisteminə qoşulma məcburi olmadığı üçün biz sadəcə bu istiqamətdə tövsiyə verə bilərik”.
Paytaxtın bəzi yerlərində köhnə tikililərin sökülməsi ilə əlaqədar mərkəzi istilik sisteminin əhatə dairəsinin daralmasına gəlincə isə qurum rəsmisi ciddi azalma olmadığını bildirib:
“Bu gün sökülən köhnə tikililər əsasən birmərtəbəli, ikimərtəbəli evlərdir. Doqquzmərtəbəli binaların söküntüsü demək olar aparılmır. Sökülən beşmərtəbəli binaların sayı isə az olduğundan, bu, ümumi faizə çox cüzi təsir edir. Həmçinin mərkəzi istilik təchizatına yeni binaların qoşulması ilə vəziyyət kompensasiya olunur”.
BƏNZƏR MƏQALƏLƏR
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]