“Azərikimya”da ətraf mühitə təsirlərin qiymətləndirilməsı (ƏMTQ) sənədinin ictimai dinləməsi keçirilmişdir - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərikimya”da ətraf mühitə təsirlərin qiymətləndirilməsı (ƏMTQ) sənədinin ictimai dinləməsi keçirilmişdir

Yanvarın 16-da “Azərikimya” İB-də SOCAR-ın Ekologiya İdarəsinin təşəbbüsü ilə Birliyin Etilen-polietilen zavodunun “EP-300” qurğusunun modernizasiyası və istismarı layihəsi üzrə ətraf mühitə təsirlərin qiymətləndirilməsı (ƏMTQ) sənədinin ictimai dinləməsi keçirilmişdir.SOCAR-ın bir sıra idarə və müəssisələrinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Ekspertiza İdarəsinin, Bakı Ali Neft Məktəbinin, ADNSU-nun, SDU-nun, Polimer Materialları İnstitutunun, STP-nin, eyni zamanda Sumqayıt şəhərində yerləşən bir sıra idarə və müəssisə, Sumqayıt şəhər Bələdiyyəsi nümayəndələrinin, qeyri-hökümət təşkilatlarının, KİV və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə “Azərikimya” İB-nin İcraçı direktorun Əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov açmış, ƏMTQ sənədi haqqında iştirakçılara məlumat vermişdir. Sonra “Azərikimya” İB-nin Modernizasiya və yenidənqurma işlərinin təşkili şöbəsi tərəfindən slaydlar vasitəsilə “Etilen-polietilen zavodunun “EP-300” qurğusunun modernizasiya və yenidənqurma layihəsi və onun texniki göstəriciləri” mövzusunda təqdimat keçirilmişdir. Qeyd olunmuşdur ki, layihə ərazisi SOCAR-ın müvafiq struktur bölmələri tərəfindən tikinti işlərinin aparılması üçün təmizlənmiş, köhnə obyektlər demontaj edilmiş, yollar çəkilmiş, ətrafda abadlıq işləri aparılmış, ərazi tikinti işlərinin başlanılması üçün hazır vəziyyətə gətirilmişdir. Layihənin icrası ilə mövcud texnoloji qurğular modernləşəcək, EP-300 qurğusunun istehsal gücü artacaq, texnoloji proseslərin stabil və təhlükəsiz istismarına nail olunacaq, nəticə etibarilə ümumi məhsuldarlığın artmasına, alınan məhsulun keyfiyyətinin yüksəldilməsinə, işçilərin iş şəraitinin və sosial rifah halının yaxşılaşmasına zəmin yaranacaqdır. Sonra SOCAR-ın Ekologiya İdarəsi tərəfindən “ƏMTQ prosesi və layihənin ekoloji üstünlükləri”, “Layihə ərazisində ətraf mühitin ilkin vəziyyətinin tədqiqi”, “Potensial təsirlər və onların qiymətləndirilməsi” mövzularında geniş təqdimatlar dinlənilmiş, mütəxəssislər tərəfin¬dən layihənin texniki göstəriciləri, layihə ərazisinin ilkin vəziyyəti, flora və fauna, tikinti və istismar dövründə proqnozlaşdırılan potensial təsirlər və onların yumşaldılması tədbirləri, alternativ variantlar, o cümlədən ekoloji monitorinq, ətraf mühitin, tullantıların və çirkab sularının idarə edilməsi planları və s. haqqında tədbir iştirakçılarına geniş məlumat verilmişdir. Tədbirin sonunda iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılmışdır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top