“Azərikimya” İstehsalat Birliyi müsabiqə elan edib - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Azərikimya” İstehsalat Birliyi müsabiqə elan edib

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi iki aylıq ödənişli istehsalat təcrübəsi keçməklə aşağıdakı ixtisaslar üzrə müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyənlərin minimum bakalavr təhsili olmalı, göndərilən şəxsi işlər təqdim edilən ixtisaslara uyğun gəlməlidir. İş təcrübəsi tələb olunmur. İş yerləri Sumqayıt şəhərində olduğu üçün Sumqayıt qeydiyyatında olanlara, həmçinin ingilis dili bilənlərə üstünlük verilir.

İxtisaslar isə bunlardır: mühəndis-mexanik (mexanika mühəndisliyi, mühəndis-mexanik, kimya istehsalının maşın və avadanlıqları, texnoloji maşınlar və avadanlıqlar ixtisasları üzrə), mühəndis-energetik (energetika və elektroenergetika mühəndisliyi ixtisasları üzrə), mühəndis-elektronçu (elektroenergetika sistemləri və şəbəkələri, elektrik təchizatı, yüksək gərginliklər texnikası və fizikası və elektrotexnologiya, elektroenergetika mühəndisliyi ixtisasları üzrə), nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis (istehsal proseslərinin avtomatlaşdırılması mühəndisliyi, avtomatika və idarəetmə, avtomatika və texniki sistemlərdə idarəetmə, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə), mühəndis-texnoloq (kimya mühəndisliyi, kimyaçı-texnoloq mühəndisi ixtisasları üzrə), kimyaçı (kimya mühəndisliyi, kimyaçı, kimya ixtisasları üzrə).

Müsabiqədə iştirak üçün ali təhsil haqqında diplomun surəti, şəxsiyyət vəsiqəsinin surəti, CV (şəxsi məlumat) forması tələb olunur. Müsabiqəyə son müraciət tarixi yanvarın 31-idir.

İlkin seçim müsabiqəsini adlayan gənclər “Azərikimya”da iki aylıq ödənişli (əməkhaqqı almaqla) təcrübə keçəcəklər. Sonra elan ediləcək vakansiyalar üzrə işlə təmin olunmaq imkanı əldə etmək üçün növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

Əlavə məlumat almaq və sənədlərin göndərilməsi üçün aşağıdakı şəxslərlə əlaqə saxlamaq olar: Mirvari Abdurahmanova ((050) 843-10-11, mirvari.abdurahmanova@socar.az), Orxan Məhərrəmli ((050) 843-11-30, orxan.maharramli@socar.az).

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top