Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Yanvar-may aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 388 milyon dolları keçib.
Economic-in məlumatına görə, Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 5 ayda Azərbaycan bu ölkəyə 207,5 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 180,9 milyon dollar olub.
Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top