Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 29 iyun, AZƏRTAC

Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini Çaba Hende ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanıb, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib.

Tərəflər, həmçinin ölkələrimiz arasındakı əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top