Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Vaşinqton, 07 iyun, AZƏRTAC

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev 6 iyun tarixində bu ölkənin turizm naziri Xuan Karlos Qarsia Qranda ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanla Kuba arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və turizm sahəsi də daxil olmaqla digər istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Söhbət əsnasında iki ölkə arasında turizm, hotelçilik və turizm obyektlərinin idarə olunması kimi sahələrdə əməkdaşlıq, bu sektorda çalışan mütəxəssislər, eyni zamanda ixtisaslaşmış ali təhsil ocaqları arasında mübadilələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Görüşdə həmçinin, Azərbaycan turizm agentliklərinin nümayəndələrinin bu yaxınlarda Kubaya baş tutmuş tanışlıq səfərləri məmnununla xatırlanaraq, bu cür mübadilələrin davam etdirilməsinin və hər iki ölkədə təşkil edilən beynəlxalq turizm sərgilərində iştirakın vacibliyi qeyd edilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top