
Azərbaycanın turizm potensialı Türkiyədə tanıdılıb
27-28 oktyabrda Azərbaycan Turizm Bürosunun Antalya Turizm Sərgisində iştirakı çərçivəsində 30-a yaxın şirkətlə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilib.
Azərbaycana səyahət təşkil edən, eləcə də ölkəmizə tur təşkil etməyi planlaşdıran şirkətlərlə keçirilmiş görüşlər zamanı onlara Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş torpaqların turizm potensialı, müalicəvi turizm və ekoturizm məhsulları haqqında məlumat verilib.
Bundan əlavə, Türkiyənin bir sıra turizm reklam və media şirkətləri ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
2019-cu ildən etibarən hər il keçirilən sərgiyə bu il 25 fərqli ölkədən 2 minə yaxın iştirakçı qatılıb.
Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 20186 nəfər təşkil edib ki, bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 44.6% artım deməkdir.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycanla Bolqarıstan arasında şərabçılıq turizmi üzrə əməkdaşlıq sənədi imzalanıb
Mayın 12-də Azərbaycan Turizm Bürosu ilə Bolqarıstan Şərab Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə […]
Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərində təqdim olunur
Mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində start götürən “ATM Dubai 2022” (Arabian Travel Market […]
Dünya Turizm Təşkilatının Baş katibi Azərbaycana səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul […]