
Azərbaycanın turizm potensialı İspaniyada təbliğ olunub
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə yanvarın 19-dan 23-dək İspaniyanın Madrid şəhərində baş tutan “FİTUR” turizm sərgisində Azərbaycanın turizm potensialı tanıdılıb. İspandilli ölkələrin ən böyük turizm tədbirlərindən biri sayılan sərgidə İspaniya, Portuqaliya, Latın Amerikasının bir sıra tur operatorları və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B formatında 45-dək görüş keçirilib. Sərgidə beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın şərabçılıq və dağ turizmi üzrə potensialı, eləcə də işğaldan azad edilmiş ərazilərin turizm imkanları haqqında geniş məlumat verilib. Görüşlər çərçivəsində İspaniya və Latın Amerikasından olan turizm və səyahət agentliklərinə vebinar formatında təlimlərin verilməsi barədə razılıq əldə olunub. |
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycanla Bolqarıstan arasında şərabçılıq turizmi üzrə əməkdaşlıq sənədi imzalanıb
Mayın 12-də Azərbaycan Turizm Bürosu ilə Bolqarıstan Şərab Peşəkarları Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə […]
Azərbaycanın turizm imkanları Birləşmiş Ərəb Əmirliklərində təqdim olunur
Mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində start götürən “ATM Dubai 2022” (Arabian Travel Market […]
Dünya Turizm Təşkilatının Baş katibi Azərbaycana səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul […]