Azərbaycanın turizm məhsulları Rusiyada təbliğ olunub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın turizm məhsulları Rusiyada təbliğ olunub

1-2 oktyabrda Azərbaycan Turizm Bürosunun işgüzar proqramın tərəfdaşı qismində iştirak etdiyi Rusiyanın Yekaterinburq şəhərində keçirilən “Expotravel 2021” beynəlxalq turizm sərgisində ölkəmizin turizm imkanları təbliğ edilib.

Sərgidə iştirakın məqsədi Azərbaycanın turizm məhsullarını Rusiyanın ən böyük vilayətlərindən olan Sverdlovsk sakinlərinə təqdim etmək, həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən turizm şirkətləri ilə tərəfdaşlıq əlaqələrini formalaşdırmaq olub.

Tədbirdə aktiv istirahətə həsr edilən plenar görüş keçirilib, habelə “TASS-URAL” media mərkəzinin təşkil etdiyi mətbuat konfransında, eləcə də Yekaterinburqun yerli televiziya kanalının səhər proqramında (https://bit.ly/2YieFyf) Azərbaycanın turizm imkanları haqqında geniş məlumat verilib.

Bundan əlavə, Azərbaycanın müalicəvi kurortlarına və dag-xizək mərkəzlərinə həsr edilmiş 2 prezentasiya təşkil olunub.

1999-cu ildən etibarən keçirilən “Expotravel 2021” beynəlxalq turizm sərgisində bu il 15 ölkə iştirak edib və sərgini 4500-ə yaxın şəxs ziyarət edib.

Qeyd edək ki, cari ilin 10 iyunundan etibarən Rusiya Federasiyası vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə müəyyən edilmiş şərtlərlə səfər edə bilirlər.

Fotolar “TASS-URAL” media mərkəzinin fotoqrafı Vladislav Burnaşevə məxsusdur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top