Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycanın stolüstü tennisçiləri Tatarıstanın paytaxtı Kazanda keçiriləcək “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman tədbirində iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komanda turnirdə 8 idmançı ilə təmsil olunacaq.

Onlar bu məqsədlə sözügedən ölkəyə yola düşüblər.

Yığmanın heyətində Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Rüstəm Hacılı və Adil Əhmədzadə qüvvəsini sınayacaq. Beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da bu yarışda ölkəmizi təmsil edəcək. İyunun 13-də start veriləcək stolüstü tennis yarışlarına iyunun 16-da yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman tədbirinə 11 idman növündə – avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo, karate üzrə ümumilikdə 97 idmançı ilə qatılacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top