MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

investisiya

Azərbaycanın sənaye parkları 6 milyon dollardan çox investisiya cəlb edib

2016-2021-ci illərdə Azərbaycanın sənaye parkları 6 milyon dollardan çox investisiya cəlb edib, 9,5 min yeni iş yeri yaradılıb.

“Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisa­diyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 2018-ci ilədək Azərbaycanın qeyri-neft sahəsinin artım tempi 10 faizdən az idi, bu gün bu göstərici 20 faizi üstələyir: “ 2016-cı ildə dövlət büdcəsindən kənd təsərrüfatının və sahibkarlığın dəstəklənməsinə 586 milyon manat ayrılmışdı. Bu gün bu göstərici bir neçə dəfə artıb. Eyni zamanda, 2020-ci ildə bu sahədə işləyən sahib­karlara subsidiyaların ödənilməsi başlayıb. Bu sektorun stimullaşdırılması üçün proqramlar da hazırlanıb. Təhsil sahəsində bir sıra hüquqi aktlar qəbul olunub, bu sektorun dəsətklənməsi və müdafiəsi üçün müxtəlif fondlar yaradılıb, 24 xüsusiləşdirilmiş mərkəz formalaşdırılıb”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top