![](http://economic.az/uploads/2024/06/17179333635682060617_1200x630.jpeg)
Azərbaycanın kişi və qadın basketbol milliləri yarımfinala vəsiqə qazanıb
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol yığmaları Avropa Kubokunun təsnifat mərhələsində son oyunlarına çıxıblar.
AZƏRTAC xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə kişi yığmamız qrupun son oyununda Albaniya seçməsinə 21:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Yığma daha əvvəl keçirdiyi digər görüşlərdə Ermənistana 21:9, Kosovoya 14:10, Kiprə isə 21:16 hesabı ilə qalib gəlib.
Qadınlardan ibarət komanda isə Lüksemburqu məğlub edərək yarımfinala çıxıb.
Kişilərdən ibarət komandamız Bakı vaxt ilə saat 21:15-də İrlandiya – Albaniya cütünün, qadınlar isə saat 19:50-də Malta – İrlandiya matçının qalibi ilə üz-üzə gələcək.
BƏNZƏR MƏQALƏLƏR
-
İqlimşünas: Rusiya ərazisi qlobal istiləşməyə iki dəfə daha çox məruz qalır
Bakı, 18 iyul, AZƏRTAC Rusiyanın aparıcı iqlimşünas aliminin fikrincə, iqlim dəyişikliyi Rusiyaya əhəmiyyətli dərəcədə təsir […]
-
Çində leysan səbəbindən 200-dən çox qatar səfəri ləğv edilib
Pekin, 18 iyul, AZƏRTAC Çinin Hınan əyalətində şiddətli yağışların yaratdığı sel, daşqın, torpaq sürüşməsi və […]
-
Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb
Pekin, 18 iyul, AZƏRTAC Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən […]