Azərbaycanın ixracı ilin əvvəlindən bəri 25 faiz artıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın ixracı ilin əvvəlindən bəri 25 faiz artıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan ümumilikdə 11,4 milyard dollarlıq məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz çoxdur.

İxracatda dövlət sektorunun payı 49,05 faiz (5,59 milyard dollar), özəl sektorun payı isə 50,31 faiz (5,73 milyard dollar) olub.

Fiziki şəxslərin ixrac etdiyi məhsullar isə ümumi həcmin 0,64 faizini (72,8 milyon dollar) təşkil edib.

Bu dövrdə Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın ixracında xam neft, neft məhsulları, təbii qaz, qeyri-neft sektorunda isə meyvə-tərəvəz üstünlük təşkil edib. Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top