Azərbaycanın iri yatağından "Azeri Light" neftinin hasilat həcmi açıqlanıb - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın iri yatağından “Azeri Light” neftinin hasilat həcmi açıqlanıb

1997-ci ilin noyabrından aprelin 1-dək Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlar blokundan 393 milyon ton neft hasil edilib, bunun 218 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşür.

Economi.az Trend-ə istinadən  məlumat verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən SOCAR-ın “Xəzər və Mərkəzi Asiya – ticarət, logistika, neft emalı və neft kimyası” adlı beynəlxalq praktiki konfransında deyib.

O qeyd edib ki, blokda hasilat 91 quyuda aparılır: “Bu dövr ərzində AÇG-də səmt qazının hasilat həcmi 118 milyard kubmetr təşkil edib. Gündəlik hasilat (yataqlar blokunda) 90 min ton neft və 36 milyon kubmetr qaz təşkil edir”.

X.Yusifzadənin sözlərinə görə, 2016-ci ilin I rübündə AÇG blokundan 8 milyon ton neft hasil edilib ki, bunun 5,3 milyon tonu Azərbaycanın mənfəət neftidir.

I vitse-prezident bildirib ki, bu dövrdə mənfəət neftinin payı 66 faiz təşkil edib və gələcəkdə artacaq.

X.Yusifzadə əlavə edib ki, Azərbaycanın ixrac etdiyi 407 milyon ton neftdən 299 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə ixracın payına düşüb: “Qalanları isə Bakı-Supsa (76 milyon ton), Bakı-Novorossiysk (11 milyon ton) boru kəmərlərinin və dəmir yolunun (21 milyon ton) payına düşüb”.

I vitse-prezidentin sözlərinə görə, “Şahdəniz” qaz yatağından istismara başlanandan 70 milyard kubmetr qaz və 18 milyon ton kondensat hasil edilib: “Hazırda Azərbaycan qazının Türkiyəyə ixracının ümumi həcmi 39 milyard kubmetrdən çox təşkil edir, 5 milyard kubmetrdən çox isə Gürcüstana ixracın payına düşür”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top