MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

nazir

Azərbaycanın iqtisadiyyat naziri Tbilisidə Gürcüstan Prezidenti ilə görüşüb

Tbilisidə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 28-də Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Gürcüstan dövlətinin başçısı deyib ki, ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır. Prezident inandığını bildirib ki, bu cür səfərlər əlaqələrimizin bütün sahələrdə inkişafına və strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edəcək.

Giorgi Marqvelaşvili ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin və Baş nazir Artur Rasizadənin salamlarını Gürcüstan dövlətinin başçısına çatdırıb.

Nazir Gürcüstanda parlament seçkilərinin uğurla keçirilməsi ilə əlaqədar təbriklərini çatdırıb və bu seçkilərin xalqın rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, müdafiə və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top