Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanın avtomobil bazarında kəskin BAHALAŞMA

“Azərbaycanda dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir”.

Bu haqda məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlıdeyib ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir:

“2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30 faiz arasında dəyişir”.

R.Osmanlı Azərbayacana idxal olunan avtomobillərin sayının kəskin azaldığını bildirib:

“2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ilin göstəricilərilə müqayisədə isə indiki idxal 5-6 dəfə aşağıdır. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib. Bu səbəbdən də qiymətlər artıb”.

O qeyd edib ki, baş verənlərin fonunda əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb:

“Əvvəlki illərlə müqayisədə avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.

Economic.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə1 136 983 minik avtomobilivar.

Qeyd edək ki, ölkədə olan minik avtomobillərindən ilk beşliyi aşağıdakı kimi sıralanır.

1. “Mercedes” 193366 ədəd

2. “Hyundai”62145 ədəd

3. “Toyota” 47282 ədəd

4. “Nissan” 32674 ədəd

5. “KİA” 31202 ədəd

Qiyməti 100 000 dollardan yuxarı olan avtomobillərdən Azərbaycanda 5484Landrover, 324Cadillac, 242Jaguar, 104Lincoln, 3Chrysleravtomobili var.

Bundan başqa ölkəmizdə hələ də sovet dövrünün istehsalı olan avtomobillərə üstünlük verənlər də az deyil. Belə ki, hazırda Azərbaycanda 200777 ədədVaz-2101, 03-06; 127 811Vaz-2105, 2107; 26 440Qaz-24; 25170Moskviç; 5944Zaporojestsvar.

Modern.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top