MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

sehmdar

Azərbaycandakı səhmdar cəmiyyətlərdən biri ləğv olunur

İyunun 21-də, saat 16:00-da “Zaqatala Məişət Tikinti” QSC-nin səhmdarlarının növbəti yığıncağı keçiriləcək.

Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Zaqatala rayonunun Yuxarı Tala kəndində olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin, Təftiş Komissiyasının illik hesabatının dinlənilməsi, balansının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, audit yoxlamasının aparılması, Cəmiyyətin 2017-ci ildəki fəaliyyət proqramına baxılması, torpaq sahəsinin özəlləşdirilməsi, eləcə də müəssisənin ləğv olunması və bununla əlaqədar ləğvetmə komissiyasının yaradılması üçün müvafiq orqanlara müraciət edilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Zaqatala Məişət Tikinti” QSC 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 856 manatdır.

report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top