
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-oktyabr, 2018)
Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-oktyabr ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Renkinqə 7 111 mln. manatlıq göstərici ilə “Paşa Kapital İnvestisiya Şirkəti” başçılıq edir.
Növbəti yerlərdə 4 348 mln. manatla “Unicapital İnvestisiya Şirkəti”, 3 844 mln. manatla “AzFinance İnvestisiya Şirkəti” QSC, 3 739 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 664 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 461 mln. manatla “PSG Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb.
№ | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
1 | Paşa Kapital | 7 111 122 385,46 |
2 | Unicapital | 4 348 068 279,64 |
3 | AzFinance | 3 844 294 568,35 |
4 | İnvest-Az | 3 739 200 690,28 |
5 | Xalq Kapital | 1 664 193 854,32 |
6 | PSG Kapital | 461 420 699,12 |
7 | Kapital Menecment | – |
Qeyd edək ki, “İnvest-Az İnvestisiya Şirkəti” törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.
report.az
BƏNZƏR MƏQALƏLƏR
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək
ECONOMIC: Aprelin 21-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə […]
Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Economic.az “AzərTac”a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin […]
“Azeri Light” neftinin qiyməti 66 dolları ötüb
ECONOMİC: Azərbaycan neftinin qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,12 dollar artaraq […]