Azərbaycanda “zapravka”larda yeni sistem tətbiq ediləcək - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda “zapravka”larda yeni sistem tətbiq ediləcək

Azərbaycanda böyük yanacaqdoldurma məntəqələri kontaktsız ödənişlər qəbul edəcək. 

Economic xəbər verir ki, bunu Trend-ə maliyyə bazarındakı mənbə deyib.

Mənbə qeyd edib ki, hazırda YDM-lər bank kartları vasitəsilə ödəniş qəbul edən POS-terminallardan istifadə edirlər: “Lakin artıq alınmış yanacağa görə ödənişi kontaktsız kartlar vasitəsilə də həyata keçirmək mümkün olacaq. Burada söhbət “PayPass” kontaktsız ödəmələrdən gedir. Kontaktsız ödəmələrin YDM-lərdə tətbiqinin məqsədi nəğdsiz ödənişin dövriyyəsini, həmçinin istifadəçilərin rahatlığını artırmaqdır”.

Qeyd edək ki, kontaktsız ödəmə texnologiyalı bank kartları “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən buraxılır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top