
Azərbaycanda yüksək məhsuldar cins heyvanların yetişdirilməsi məqsədilə yeni pilot layihəyə başlanıb
Azərbaycanda heyvandarlıq sahəsinin inkişaf etdirilməsi məqsədilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi yeni pilot layihəyə başlayıb.
Economic.az xəbər verir ki, Layihə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir. Lahiyənin məqsədi heyvanların cins tərkibini saxlamaqla məhsuldarlığın artırılmasına nail olmaqdır.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki, Mərkəzin əldə etdiyi toxumlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı təcrübə təsərrüfatında yüksək məhsuldar cinslərin yetişdirilməsinə imkan verir.
Layihə çərçivəsində 30.06.2020-ci il tarixdə 42 kq ağırlıqda Şvis cinsindən buzov alınıb.
BƏNZƏR MƏQALƏLƏR
“Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib
Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan […]
Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd təsərrüfatı sahəsində […]
Şəhərdən Kəndə” aqroturizm portalının beta-versiyası istifadəyə hazırdır
Ölkəmizdə həyata keçirilən ilk aqroturizm layihəsi olan “Şəhərdən Kəndə”nin www.tovillage.az portalının beta-versiyası istifadəyə hazırdır. […]