
Azərbaycanda ümumi daxili məhsul istehsalı 15229,7 milyon manat olub
Yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul istehsalı 15229,7 milyon manat təşkil edib, əhalinin hər nəfərinə düşən ÜDM 1570,0 manata bərabər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata gör, qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft-qaz bölməsində isə 6,8 faiz azalıb. Bu dövrdə ümumi daxili məhsulun 7094,3 milyon manatı sənayedə, 1823,1 milyon manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 1187,8 milyon manatı tikintidə, 1006,9 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 442,1 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 412,3 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 259,3 milyon manatı informasiya və rabitə sahələrində, 1931,3 milyon manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə 1072,6 milyon manat olub.
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]