MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

kalkulyator

Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? – QİYMƏTLƏR

İyulun 1-dən Azərbaycanda karantin tədbirləri çərçivəsində toyların keçirilməsinə icazə verilib. Maraqlıdır ki, ölkəmizdə toy etmək üçün nə qədər vəsait lazımdır?

Economic.az bildirir ki, Trend toya hazırlıq prosesi və mərasimin təşkili zamanı nə qədər vəsait xərcləndiyi ilə bağlı kiçik araşdırma aparıb.

Məlumatı təqdim edirik:

Qızıl zinət əşyalarının qiymətləri:

Sadə qızıl üzüklər: 200-500 manat;
Brilyant qaşlı üzüklər: 700-1500 manat;
Qızıl dəstlərinin qiyməti: 1200-3000 manat;

Evlilik təklifi üçün mərasimlər: 200-500 manat;
Gəlinliklərin icarəsi: 300-1500;
Gəlinin saç-makiyajı: 300-400 manat;

Şadlıq saraylarında 1 nəfər üçün qiymət: 50-120 manat;
Xonça qablarının icarəsi: 10-50 manat;
Gəlin maşınlarının icarəsi: 100-300 manat;
Gül buketləri, gəlin gülləri: 50-100 manat;

Nişan mərasimi üçün tortun kilosu: 15-30 manat;

Fotosessiya: 100-150 manat; 1 dəqiqəlik video ilə birlikdə 500-1000 manat;

Musiqiçilər: 400 manatdan başlayır;

Restoranlarda toydan sonra atəşfəşanlıq: 700-2000 manat.

Ümumilikdə,ölkədə 150 nəfər iştirakı ilə ümumi olaraq toy mərasimlərinin keçirilməsi üçün minimum 9-10 min manat vəsait lazım olur.

Qeyd edək ki, qiymətlər nisbidir

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top