Azərbaycanda “TikTok” bağlanacaq? – RƏSMİ AÇIQLAMA – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda “TikTok” bağlanacaq? – RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.

Oxu.Az xəbər verir ki, Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var.

ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub.

Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.

ETX-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində hələlik heç bir qərar qəbul edilməyib.

Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top