Azərbaycanda taxıl sahələrinin 31 faizində biçin başa çatıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda taxıl sahələrinin 31 faizində biçin başa çatıb

Azərbaycanda taxıl biçini davam edir. İyunun 18-nə olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 31 faizində biçin başa çatıb. Biçilmiş 314259,9 hektar sahədən 966466,1 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 30,8 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,2 sent/ha, buğda üzrə orta məhsuldarlıq 32,9 sent/ha təşkil edir.

Economic-in məlumatına görə, artıq ölkə üzrə 369903,7 hektar arpa sahəsinin 241721,4 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 730793,8 ton arpa yığılıb. Ağdam (36,4 sent/ha), Beyləqan (30,5 sent/ha), Bərdə (39,8 sent/ha), Biləsuvar (32,3 sent/ha), Füzuli (31,3 sent/ha), İmişli (38,4 sent/ha), Neftçala (27,8 sent/ha), Saatlı (36,4 sent/ha), Sabirabad (37,9 sent/ha), Yevlax (28,6 sent/ha) rayonlarında arpa biçini tam başa çatıb.

Operativ məlumata görə, bu gün biçin prosesində 1585 kombayn iştirak edir. Bunlardan 737-si “Aqrolizinq”in kombaynlarıdır, biçinə həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 848 kombayn cəlb olunub.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.

Biçin davam edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top