Azərbaycanda sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi müzakirə olunacaq
“Sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi” mövzusunda Dövlət Gömrük Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkilatçılığı ilə məsləhətləşmələr keçiriləcək.
Bu barədə UNESCAP-ın milli koordinatoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Asiya və Sakit okean bölgəsində “Sərhədlərarası Kağızsız Ticarət üzrə Çərçivə Sazişi”nə ilk qoşulan ölkələrdən biridir.
“Bu çərçivədə Azərbaycanda sərhədlərarası kağızsız ticarətin həyata keçirilməsi üçün hüquqi və texniki hazırlıqlar müzakirə olunacaq. Bu məsləhətləşmələr BMT-nin “Pandemiya dövründə nəqliyyat və ticarət əlaqəsi” adlı layihəsinə uyğun aparılacaq. Məsləhətləşmələrdə sərhədsiz ticarət üzrə bütün aidiyyəti dövlət qurumları və UNESCAP-ın nümayəndələri iştirak edəcək. Əsas məqsəd kağızsız ticarət üzrə hazırlanmış qiymətləndirmə sənədini və tövsiyələri, həmçinin ilkin fəaliyyət planını müzakirə etməkdir. UNESCAP-ın əvvəlki qiymətləndirmələrinə əsasən Azərbaycan sərhədlərarası kağızsız ticarət sahəsində Asiya və Sakit okean regionunda öncül ölkələrdən sayılır”, – deyə Vüsal Qasımlı vurğulayıb. /AzerTag
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycanda dəri istehsalı ilə bağlı vəziyyət nə yerdədir?
Natiq Cəfərli deyir ki, dəri istehsalı sahəsində ixtisaslaşan xarici investorların ölkəyə cəlb edilməsi, bu sahənin […]
-
Pambığın alış qiyməti növbəti dəfə artırıldı
Pambıqçı fermerlərə daha bir müjdə: pambığın alış qiyməti növbəti dəfə artırıldı Fermerlərin maddi rifah halının […]
-
Un və çörək satışı bazarında monitorinqlər aparılır
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında […]