
Azərbaycanda qeyri-kommersiya şirkətinə cərimə protokolu yazılıb.
“Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkilatı MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Zaur Hacıyevin icraatına verilib. Məhkəmə iclası davam edir.
Bu xətaya görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir./report.az
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının “Gələcək Liderlər — 2022” proqramını bitirdi
Artıq 7 ildir ki, Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance […]
Kapital Bank müştərilərin kreditini tam olaraq bağladı
Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” […]
Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb
2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti […]