
Azərbaycanda koronavirus pandemiyası nəticəsində ət tədarük edən fermerlərin işi zəifləyib.
Economic.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Ət və Ət məhsulları Məmulatları İstehsalçıları Assosiasiyasının sədr müavini Vüqar Xanbəyli deyib.
Onun sözlərinə görə, pandemiya bu sahədə də zəifləməyə səbəb olub: “Bilirsiniz ki, hazırda restoran, kafelər fəaliyyətini dayandırıb. Ona görə də ət məhsullarına tələbat azalıb. Ət məmulatları da əsasən həmin obyektlərə paylanılırdı. Pandemiya ilə əlaqədar həmin obyektlərə satış olmaması bu sahəni zəiflədib. Demək olar ki, ət və ət məmulatlarının satışı 25-30 faiz azalıb”.
Sədr müavini bildirib ki, bununla bağlı ət məmulatları istehsalçıları ilə müzakirələr aparılır, sahibkarların pandemiyadan daha az zərərlə çıxması üçün çıxış yolları axtarılır: “Bununla bağlı onlayn müzakirələr aparmışıq və bu proses davam edir. Hazırda ət emalı müəssisələri əsasən super marketlərlərlə işləyirlər, istehsal etdikləri məhsulları həmin ticarət şəbəkələrinə daşıyırlar. Hər ay bir dəfə bununla bağlı müzakirələr aparırıq”.
BƏNZƏR MƏQALƏLƏR
ETSN: “Pinqvin” torbalardan istifadə qadağandır
“Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azaldılması, […]
Azərbaycan nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalını artırır
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,426 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini […]
Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür
Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev açıqlayıb ki, bu ilin yanvar-iyun […]