
Azərbaycanda iş adamı itlərinə toy etdi, qınağa tuş gəldi – VİDEO
Azərbaycanda bir iş adamı itlərinə toy edib.
Məclis Goranboy rayonunda iş adamına məxsus zavodun həyətində baş tutub.
İş adamı Qalib Mustafayev toy məclisində itlərin şərəfinə sağlıq deyib.
İtlərə plov və kabab bişirilib. Hələ bu azmış kimi məclisi aşıq idarə edib, saz və balabanla musiqilər səsləndirilib.
Qeyri-adi toy məclisi sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Sosioloq deyir ki, həmin məclisin təşkilinə sərf edilmiş vəsaiti daha faydalı istiqamətdə xərcləmək daha təqdirəlayiq olardı.
Məsələ ilə bağlı danışan tanınmış iş adamı Qalib Mustafayev yayılmış informasiyanın yalan olduğunu bildirib. Biznesmen qeyd edib ki, orada sadəcə dost məclisi olub. Heç bir it toyundan söhbət gedə bilməz. O qeyd edib ki, sosial şəbəkələr bunu yanlış qələmə verib. Ona görə də məlumatı yayan saytlar şəxsi həyata müdaxilə etdikləri üçün hüquqi müstəvidə cavab verəcəklər. /xezerxeber.az
BƏNZƏR MƏQALƏLƏR
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]
BNA qiymət artımı ilə bağlı daşıyıcılara xəbərdarlıq etdi
Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib. Agenlikdən “Economic “ə verilən məlumata […]
Qiymət artımı ilə rastlaşan istehlakçılara müraciət
Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq. […]