MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

internet

Azərbaycanda internet istifadəçilərinin sayı 2,5 faiz artıb

“We are social” platformasının yaydığı son məlumata görə, Azərbaycanda əhalinin 81,1 faizi (8,26 milyon) internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5 faiz artıb.
Media Təhlil Mərkəzindən (MTM) “Economic” ə verilən məlumata görə, internet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq MTM tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49 faizini qadınlar, 51 faizini kişilər təşkil edib.
Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir:
“WhatsApp” 92,2 faiz; “Facebook” 87,9 faiz; “Instagram” 76,4 faiz; “Telegram” 60,3 faiz; “Twitter” 23,3 faiz; “Tiktok” 18,6 faiz; “LinkedIn” 12,7 faiz; “VKontakte” 5,8 faiz; “Odnoklassniki” 4,8 faiz.
İştirakçıların 7,1 faizi sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4 faizi gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb. Respondentlərin 0,8 faizi həftədə bir neçə dəfə, 0,3 faizi həftədə bir dəfə, 0,4 faizi isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib. Cavab verənlərin 55,2 faizi sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3 faizi bunun əksini, 34,5 faizi isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib.
Sorğu iştirakçılarının 58,1 faizinin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6 faizini, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3 faizini təşkil edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top