Azərbaycanda illik inflyasiya sabit qalıb – 14% – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda illik inflyasiya sabit qalıb – 14%

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq mallarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb.

Cari ilin avqust ayında iyula nisbətən istehlak məhsullarının və xidmətləri 0,2%, o cümlədən ərzaq məhsulları 0,3%, qeyri-ərzaq malları0,1%, əhaliyə göstərilən ödənişli xidmətləri 0,2% bahalaşıb.

Xatırladaq ki, 2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,0%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 9,6% artım qeydə alınıb.

Cari ilin iyulunda isə iyun ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,1%, o cümlədən qeyri-ərzaq malları1,6%, əhaliyə göstərilən ödənişli xidmətləri 0,4% bahalaşıb, ərzaq məhsulları isə 1,0% ucuzlaşıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top