Azərbaycanda iki yeni DATA mərkəzi istifadəyə veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bu günə qədər 100-dən çox dövlət qurumunun informasiya sistemlərini “Hökumət buludu”na tam və ya qismən inteqrasiya edilib”.
Oxu.Az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bulud xidmətləri Bakı və Yevlax şəhərlərində yerləşən iki data mərkəz üzərindən həyata keçirilir:
“Bütün dövlət qurumlarının “Hökumət buludu”na inteqrasiyasının təmin edilməsi məqsədilə iki yeni data mərkəzin layihələndirilməsi işlərinə başlanılıb. Artıq layihələrin hazırlanması üçün beynəlxalq şirkət cəlb edilib. Onlarla birgə yeni data mərkəzlərinin konsepsiyası hazırlanma prosesindədir”.
Könül Cəfərli
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]