MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

layihe

Azərbaycanda gənc sahibkarların layihələri hansı formada maliyyələşdiriləcək?

Azərbaycanda gənc sahibkarların layihələrinin bir neçə formada maliyyələşdirilməsi nəzərdə tutulur.

Bunu Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Trend-ə müsahibəsində deyib ki, “Qrantlar haqqında” qanunla qrantların hər hansı bir mənfəət gətirən sahəyə yönəldilməsi məhdudlaşdırılır. Bu baxımdan həmin qrantlardan istifadə edərək hər hansı sahibkarlıq fəaliyyətinin qurulması kimi praktika müşahidə olunmayıb: “Lakin Gənclər Fondu olaraq, biz gənclərin bütün sahələrdəki inkişafını, o cümlədən gənc sahibkarların inkişafını, onların maddi durumunun yaxşılaşdırılmasını dəstəkləməkdə məsuluq və maraqlıyıq”.

O vurğulayıb ki, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi qrant şəklində olmur: “Bunu biz innovativ layihələrin, “startap”ların güzəştli kreditlər formasında maliyyələşdirilməsi ilə həyata keçirməyi nəzərdə tuturuq. Bundan başqa, hazırda biz sosial sahibkarlıq fəaliyyətinin hansısa formada Fond tərəfindən dəstəklənə biləcəyi ilə bağlı təklifləri araşdırırıq, təhlil edirik və bu sahədə də fəaliyyət göstərməyə çalışacağıq”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top