Azərbaycanda evini sığortalayanlar azalır 25 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda evini sığortalayanlar azalır 25

Azərbaycanda daşınmaz əmlaklarını icbari qaydada sığortalayanlar azalıb. Bunu İcbari Sığorta Bürosunun yaydığı son statistika göstərir. Bürodan verilən məlumata görə, bu ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası üzrə 6 894 sığorta müqaviləsi bağlanılıb. Bu sığorta növü üzrə toplanan yığımların həcmi isə 1,2 milyon manatdan çox olub.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 60,1%-i yaşayış evləri və mənzillər, 0,5% -i inzibati binalar, 39,4%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayı 37,1%, sığorta haqlarının məbləği isə 19,4% faiz azalıb.

fins.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top