Azərbaycanda danışılmış oyunlara görə cəzalandırılan futbolçuların şikayəti təmin edilməyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda danışılmış oyunlara görə cəzalandırılan futbolçuların şikayəti təmin edilməyib

Azərbaycanda danışılmış oyunlara görə cəzalandırılan futbolçuların şikayəti təmin edilməyib

Bakı, 9 aprel, AZƏRTAC

AFFA Arbitraj Tribunalı I Liqada çıxış edən “İrəvan” klubunun futbolçusu Ege Atlamla bağlı qərarı qüvvədə saxlayıb.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük kənarlaşdırılan 25 yaşlı müdafiəçinin apellyasiya şikayəti təmin olunmayıb.

Danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyi üçün 1-i şərti olmaqla 2 il müddətinə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilən “İrəvan”ın yarımmüdafiəçi Kamal Mirzəyevlə bağlı qərar da dəyişdirilmədən qüvvədə saxlanılıb.

Bundan başqa, Premyer Liqanın XXVI turunun “Turan Tovuz”la matçında hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanan “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanovun da şikayəti təmin edilməyib.

Maraqlı tərəflərin bu qərarlardan İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top