
Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb, 2 nəfər ölüb
Azərbaycan Respublikasında 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1962-ci il təvəllüdlü iki nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]