MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

proqram

Azərbaycanda bu sahədə yeni proqram hazırlanır – Nazir

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı sahəsində ixrac potensialının artırılması üzrə proqram hazırlanır.

Economic.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.

“Bu işlər yeni iş yerlərinin yaradılmasına, dövlət əmlakının hərraclarda alqı-satqısı prosedurlarının sadələşdirilməsinə xidmət edir”, – nazir deyib.

M.Cabbarovun sözlərinə görə, maliyyə sektorunda da sahibkarlıq sahəsinə maliyyə alətlərinin əlçatanlığının sadələşdirilməsi üçün yeni proqram hazırlanır.

“Qeyd etmək istəyirəm ki, bu gün məhz yerli sahibkarlığa investisiyaları artırmaq lazımdır. Mən əminəm ki, bu proqram məhz bu məqsədə xidmət edir”, – M.Cabbarov bildirib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top