Azərbaycanda bəzi qanunlar Ələt iqtisadi zonasında qüvvədə olmayacaq - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda bəzi qanunlar Ələt iqtisadi zonasında qüvvədə olmayacaq

Prezident İlham Əliyev “Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib.

Economic.az “Report”a istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, bundan sonra Ələt azad iqtisadi zonasında torpaq bazarının təşkil edilməsi, bu bazarda iqtisadi və hüquqi məsələlərin tənzimlənməsi, xarici elementli mülki hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyası, eləcə də həmin zonanın yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətlər, həmin zonada sahibkarlıq fəaliyyətinin təşkil olunması qaydaları “Ələt azad iqtisadi zonası haqqında” qanuna uyğun tənzimlənəcək, yuxarıda adları çəkilən qanunların müddəaları Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilməyəcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top