Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 8-12-də qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 118 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 73 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, biri 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
https://uploads.cbar.az/press-releases/2b1bd762130dd61ebf57c2121.pdf
https://uploads.cbar.az/press-releases/5dff6cc2dca2fee1b6bd83dc6.pdf
https://uploads.cbar.az/press-releases/852ce3f96b15a28e31c551075.pdf
BƏNZƏR MƏQALƏLƏR
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? – SORĞU + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər bir insan gündəlik tələbatını ödəmək üçün müəyyən […]
-
Ermənistan Rusiyanı yenə qəzəbləndirdi – Xəbərlərin 20:00 buraxılışı
if (screen.width > 576) { (() => { var zoneInfo = { slot: ‘/22785635315/22890818619’, size: […]
-
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro […]