Azərbaycanda “AA” seriyalı avtomobil nişanlarını kimlər ala bilərlər? – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycanda “AA” seriyalı avtomobil nişanlarını kimlər ala bilərlər?

“Azərbaycanda “AA” seriyalı nömrə nişanları yalnız dövlət orqanlarına məxsus avtomobillərə deyil, həm də hüquqi şəxslərə verilir”.

Economic  xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a deyib.

Kamran Əliyev deyib ki, hazırda “AA” nömrə nişanlı avtomobillər həm özəl, həm də dövlət sektoruna məxsusdur:

“Yəni “AA” seriyası hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Bu, şərti olaraq ona görədir ki, hüquqi və fiziki şəxslərə verilən nəqliyyat vasitələrinə aid dövlət qeydiyyat nişanlarını müəyyənləşdirmək mümkün olsun.

Burada konkret olaraq A, B, C hərflərinin olması mütləq deyil. Bir çox hərflərlə başlayan seriyalar var ki, onlar da hüquqi şəxslərə məxsusdur. Bu, elə bir ciddi önəm daşımır. Sadəcə belə qəbul olunub ki, “AA”, “AB”, “AC” seriyası hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri, digər hərflərlə başlayanlar isə fiziki şəxslər üçün nəzərdə tutulub”.

Şöbə rəisi, həmçinin bildirib ki, adi vətəndaşlar – fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər:

“Amma istənilən hüquqi şəxsə bu nömrə verilə bilər. Eyni zamanda, dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti avtomobillərinə də “AA” seriyalı nömrə nişanı verilir. Çünki konkret olaraq bu seriyaların hüquqi şəxslərə verilməsi nəzərdə tutulub. Ona görə fiziki şəxs istəsə də, “AA” seriyalı nömrə ala bilməz”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top