
Azərbaycan yollarında İLK DƏFƏ – 3D formatlı piyada zolağı (FOTO/VİDEO)
Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolağı çəkilib.
Economic.az Trend-ə istinadən məlumat verir ki, yenilik ilk dəfə Naxçıvan şəhərində tətbiq edilib.
Bu ilin əvvəlindən Naxçıvan şəhərində bir çox yolların yenidən qurulması işlərinə başlanılıb. Bir müddət əvvəl isə şəhərin mərkəzi prospektlərindən biri – Heydər Əliyev prospektində yenidənqurma işləri yekunlaşdırılıb. Prospektdə, həmçinin Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqları çəkilib.
Qeyd edək ki, 3D formatlı zolaqların yolda qoyulmuş bordür effekti yaratması piyadaların həmin zolaqlardan daha təhlükəsiz istifadəsinə imkan verir.






BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]