Azərbaycan və Rusiya qurumları arasında kiçik və orta biznesin inkişafı üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Azərbaycan və Rusiya qurumları arasında kiçik və orta biznesin inkişafı üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan Respublikasının Kiçik və Orta sahibkarlığın İnkişafı Agentliyi və Rusiya Federasiyasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Korporasiyası əməkdaşlıq barədə memorandum imzalayıblar.

Economic TASS agentliyinə istinadla xəbər verir ki, sənədi korporasiya tərəfdən baş direktor Aleksandr Braverman, agentlik tərəfdən isə icraçı direktor Orxan Məmmədov imzalayıb.

Memorandum çərçivəsində tərəflər kiçik və orta sahibkarlığın inkişaf seqmentlərinin əsas istiqamətləri üzrə təcrübə mübadiləsi sahəsində maliyyə-zəmanət, informasiya-marketinq dəstəyi də daxil olmaqla, uzunmüddətli əməkdaşlıq qurmağı planlaşdırırlar. Bundan əlavə, tərəflər əməkdaşlığın qurulması və hər iki dövlətin sahibkarlıq qurumları arasında qarşılıqlı məsləhətləşmələrin keçirilməsinə yardım göstərmək niyyətində olduqlarını bildiriblər.

Tərəflər, həmçinin kiçik və orta biznes sahəsində Rusiya və Azərbaycan arasında birgə layihələrin yaradılması və inkişafını, o cümlədən rusiyalı və azərbaycanlı sahibkarlar arasında yüksək texnologiyalar sahəsində layihələrin inkişafını da təşviq etmək niyyətindədirlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top